Vashinqton administrasiyası yaxın müddətdə İranda yerüstü hərbi əməliyyatlara başlamayacaq və əsas diqqəti hava zərbələrinin davam etdirilməsinə yönəldəcək.
Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata Şanxay Xarici Dillər Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin eksperti Xan Çzyanvey bildirib.
Ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını ələ keçirmək planını müvəqqəti dəyişdirərək, İranda strateji hərbi obyektlərə və enerji infrastrukturuna hava zərbələri endirməyə üstünlük verə bilər: “ABŞ yaxın perspektivdə yerüstü qoşunları istifadə etməyəcək, diqqət hava zərbələrinə yönələcək. Tramp hesab edir ki, ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur və digər ölkələr nefti özləri çıxarmalıdır”, - deyə o qeyd edib.
Han Çzyanvey əlavə edib ki, Tramp yerüstü əməliyyatların risk və mənfəətsizliyini yaxşı başa düşür, lakin İranda vəziyyətin bir-iki həftədə tam həll edilə biləcəyi barədə düşüncəsi hələ də çox optimistdir. Ekspert bildirib ki, İranda artıq uzunmüddətli müharibəyə hazırlıq işləri görülüb və gələcək iki-üç həftədə hadisələrin gedişi müxtəlif ssenarilər üzrə inkişaf edə bilər. ABŞ, Körfəz ölkələrinin dəstəyi ilə, hələ də boğaz üzərində nəzarət üçün müharibəyə başlaya bilər.
Ekspert yaxın perspektivdə ABŞ-İran danışıqlarında ciddi irəliləyişin olmayacağını da əlavə edib.
Qeyd olunur ki, 28 fevral tarixində ABŞ və İsrail İrana qarşı əməliyyatlara başlayıb. Hava zərbələri İranın, o cümlədən Tehran şəhərinin əsas şəhərlərinə endirilib. İran İnqilab Keşikçiləri Korpusunun cavab əməliyyatı çərçivəsində İsrailə hücumlar təşkil edib. ABŞ-ın hərbi obyektləri həmçinin Bəhreyn, İordaniya, İraq, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında zərbələrə məruz qalıb.
Qadir, Bizimyol.info






