İsrailin Hərbi Hava Qüvvələri (HHQ) fevralın 28-də başlanan və “Şir nəriltisi” adlandırılan İrana qarşı əməliyyat çərçivəsində 800-dən çox döyüş uçuşu həyata keçirib və təxminən 16 min ədəd müxtəlif sursatdan istifadə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu günə olan vəziyyətə görə İsrail Hərbi Hava Qüvvələri 800-dən artıq döyüş uçuşu yerinə yetirib və təxminən 16 min müxtəlif növ sursat tətbiq edib”, - deyə məlumatda qeyd edilir.
Bizimyol.info






