Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rauf Ağamirzəyev: "İntensiv yağıntılar və su basma hallarını nəzərə alaraq, iqlim dəyişikliyi mövzusuna daha çox diqqət ayrılmalıdır"
Rauf Ağamirzəyev: "İntensiv yağıntılar və su basma hallarını nəzərə alaraq, iqlim dəyişikliyi mövzusuna daha çox diqqət ayrılmalıdır"

İqlim dəyişikliyi artıq gələcəyin yox, bu günün acı reallığıdır. Nəqliyyat sektoru yalnız iqtisadi damar deyil, eyni zamanda təbiətin qəzəbinə qarşı həssas bir zəncirdir. Güclü yağışlar, sel və daşqınlar yolları, körpüləri sarsıdır, hərəkəti təhlükəli edir. Torpaq sürüşür, asfalt və relslər deformasiyaya uğrayır, həyat ritmi pozulur. Bu risklər logistikanı gecikdirir, iqtisadi itkini artırır, təhlükəsizliyi azaldır...

Son günlərdə aramsız yağıntılardan sonra Bakının vəziyyətini gördük. Sözün əsl mənasında, bütün Bakı su altında qalmışdı. Bu vəziyyətdən necə üzüağ çıxmaq olar?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son günlər intensiv yağan yağıntılar və su basma hallarını nəzərə alaraq, iqlim dəyişikliyi mövzusuna daha çox diqqət ayrılmalıdır: “Həm iqlim dəyişiklikləri ilə bağlı maarifləndirilməyə, həm onun təsirlərinin, data bazalarının toplanmasına, müasir dünyada tətbiq edilən yanaşmaların ciddi tətbiqinə ehtiyac var. Yəni GİS xəritələrin formalaşması, il ərzində davam edən bu növ halların xəritələşdirilməsi və açıq data bazaları formasında əlçatan formada tətbiq olunması və təsirlərin azaldılması üstündə işlərin görülməsinə ehtiyac var.

Həmçinin; yeni tikilən infrastruktur layihələrində dəmiryolu, avtomobil yolu tikintisində bunların nəzərə alınması mütləq şəkildə ənənəvi qayda ilə yox, son illərin, baş verən hadisələri ciddi təhlil etməklə, önləyici tədbirlər də görülməlidir”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev

“Son zamanlarda müşahidə olunan odur ki, iqlimin dəyişməsi nəticəsində təkcə Bakı şəhərində intensiv yağan yağışlı günlərin sayı artıb. Mövcud şəbəkə onsuz da yükü qəbul edə bilmirdi. Amma eyni anda daha çox su formalaşırsa, onu kənar etmək üçün artıq infrastruktur layihələrində, əgər hal hazırda tikilirsə belə bunu da təkrar təhlil edib və yeni layihələrdə nəzərə alınmaqla tətbqinə ehtiyac var”-deyə Rauf Ağamirzəyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »