İran vətəndaşlarına humanitar yardım daşıyan və ABŞ-la İsrailin zərbəsi nəticəsində zədələnmiş İran sərnişin təyyarəsi 1 apreldə Yeni Dehlidən dərman gətirmək üçün uçmalı idi.
Bizimyol.info xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, təyyarə Mahan Air aviaşirkətinə məxsus olub və humanitar aksiya çərçivəsində Yeni Dehli istiqamətində uçuşa hazırlaşırmış. Təyyarənin Hindistan paytaxtına çatması 1 apreldə gözlənilirdi. Uçuşun məqsədi müharibə nəticəsində zərər çəkmiş insanlara dərmanların gətirilməsi olub.
Əvvəlcə İranın Mülki Aviasiya Təşkilatı bildirib ki, humanitar yardım daşıyan sərnişin təyyarəsi ölkənin qərbindəki Məşhəd hava limanında ABŞ və İsrailin zərbəsinə məruz qalıb. Təşkilat bütün beynəlxalq qurumları bu hadisəni pisləməyə və məsul şəxsləri cəzalandırmağa çağırıb.
18 mart tarixində Hindistan İran Qırmızı Aypara Cəmiyyəti vasitəsilə İslam Respublikasına humanitar yardım proqramı çərçivəsində ilk dərman partiyasını göndərmişdi.
28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələrə ölkənin böyük şəhərləri, o cümlədən Tehran da məruz qalıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - elit hərbi hissələr) nümayəndələri genişmiqyaslı əks-hücum əməliyyatları keçirərək İsraili hədəf alıblar. Zərbələr həmçinin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də dəyib.
Bizimyol.info






