Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Hegsetin İran əməliyyatından əvvəl müdafiə sahəsinə investisiya cəhdini təkzib etdi
Pentaqon Hegsetin İran əməliyyatından əvvəl müdafiə sahəsinə investisiya cəhdini təkzib etdi

Pentaqon Financial Times (FT) qəzetinin ABŞ-ın hərbi əməliyyatından əvvəl müdafiə sənayesinə böyük investisiya cəhdi ilə bağlı iddialarını böhtan adlandırıb. Qəzet iddia edirdi ki, nazirin şəxsi brokeri həmin investisiyanı həyata keçirməyə çalışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell "X" platformasında yazıb.

“Bu iddialar uydurmadır və tamamilə yanlışdır. Həm Hegset, həm də onun nümayəndələri "BlackRock"la hər hansı investisiya barədə əlaqə saxlamayıb. Bu, insanları çaşdırmaq məqsədilə hazırlanmış əsassız və vicdansız böhtandır”, - deyə o, "FT"dən “dərhal təkzib” tələb edib.

Qəzet əvvəllər xəbər vermişdi ki, Hegsetin "Morgan Stanley" bankındakı brokeri fevral ayında ABŞ-ın "BlackRock" investisiya şirkəti ilə əlaqə saxlayaraq müdafiə sənayesinin iri müəssisələrinə çoxmilyonluq investisiya imkanlarını müzakirə edib. Qəzetin məlumatına görə, söhbət 3,2 milyard dollarlıq "Defense Industrials Active ETF" fonduna yatırımlardan gedirdi. Bu fond Pentaqonun əsas podratçılarını – o cümlədən "Lockheed Martin", "RTX" və "Northrop Grumman" şirkətlərini əhatə edir.

"BlackRock"un rəsmi saytında qeyd olunur ki, fond “geosiyasi parçalanma və iqtisadi rəqabət fonunda müdafiə və təhlükəsizlik sahələrinə xərclərin artmasından qazanc əldə edə biləcək şirkətlərə sərmayə yatırmaqla böyümə imkanları təmin edir”.

Qəzet vurğulayır ki, Hegset "Defense Industrials Active ETF" fonduna investisiya etməyib, çünki həmin vaxt "Morgan Stanley" fondu müştəriləri üçün əlçatan olmayıb. Brokerin alternativ investisiya yolu tapıb-tapmadığı isə hələ məlum deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »