“Müharibəni sona çatdırmaq üçün şərt irəli sürən ölkə yalnız İrandır və qalib də məhz İran olacaq. Düşmənlər İran İslam Respublikasının şərtlərini qəbul etməyə məcbur olacaq”.
Bizimyol.info xəbər verir ki, İran Silahlı Qüvvələrinin sözçüsü Tuğgeneral Ebulfezl Şikarçi ABŞ və İsrailə qarşı sərt mesajlar verib.
Şikarçi həmçinin düşmənlərə müraciət edərək: “Siz İran Silahlı Qüvvələrinin və uca İran xalqının müqavimət gücünü gördünüz. Reallığı qəbul etmək, illüziyaları bir kənara qoymaq və "Hollywood" tipli məsləhətçilərdən uzaqlaşmaq sizin üçün daha yaxşı olar”, - deyə əlavə edib.
İranın bu açıqlaması, ABŞ və İsrailin regiondakı hərbi fəaliyyətləri və nüvə obyektlərinə mümkün zərbələrinə cavab olaraq səsləndirilib. Analitiklər bildirirlər ki, İranın sərt mövqeyi regional gərginliyin artdığı bir dövrdə qarşıdurmanın daha da dərinləşə biləcəyini göstərir.
Bu xəbərdarlıq, xüsusilə Yaxın Şərqdə enerji yolları və təhlükəsizlik məsələlərində artıq qeyri-sabit vəziyyətin yaşandığı bir vaxtda, dünya ictimaiyyətində diqqət mərkəzindədir. İranın mövqeyi, həm də regional müttəfiqlərinə də mesaj olaraq qəbul edilir və ABŞ-İsrail-İran üçbucağında gərginliyin davam edəcəyinə işarə edir.
Qadir, Bizimyol.info






