ABŞ Konqresinin üzvləri ictimai-siyasi əhəmiyyətli hadisələrin, o cümlədən seçkilərin nəticələri, hökumət qərarları, hərbi əməliyyatlar və idman tədbirləri üzrə mərclərin qadağan edilməsini təklif edirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı məlumat verib.
Məsələ, “proqnoz bazarları” adlanan onlayn platformalardır – burada istifadəçilər ictimai əhəmiyyətli hadisələrin baş vermə ehtimalına mərc edə bilirlər. Son aylarda bu platformalarda anonim istifadəçilərin şübhəli mərcləri ilə bağlı diqqət artır. Məsələn, yanvar ayında naməlum şəxslər Polymarket platformasında ABŞ-ın Venesuelaya əməliyyatını düzgün proqnozlaşdıraraq, daxili məlumatlarla ticarət şübhələrini doğurublar.
“Hər kəs proqnoz bazarlarını Konqresdə qanun layihəsinin qəbulunu, hökumət qərarlarını və ya hərbi zərbəni vaxtında uğurla mərc etmək üçün istifadə edə bilirsə, bu, korrupsiya üçün münbit zəmin yaradır və ictimai etimadı sarsıdır,” – deyə qanun layihəsinin müəllifi, demokrat senator Ceff Merkli "Axios"a bildirib.
Proqnoz bazarı "Kalshi"nin nümayəndəsi Elizabet Dayen qanun layihəsini tənqid edərək qeyd edib ki, idman üzrə mərclərin qadağan edilməsi insanların ABŞ yurisdiksiyasından kənar platformalarda mərclər etməsinə səbəb olacaq.
Portal bildirir ki, son həftələrdə Konqres üzvləri tərəfindən hazırlanmış tək qanun layihəsi bu deyil, lakin təklif edilən məhdudiyyətlər ən sərt olanlardır. Proqnoz bazarlarında qanunvericilik prosesinin aktivləşməsi fonunda operatorlar qabaqlayıcı ictimai kampaniyalar aparırlar. Məsələn, "Kalshi" rəhbərliyi idmançılar və siyasətçilərin mərclər etməsini qadağan edəcəyini vəd edib.
Bizimyol.info






