Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yalnız qaldığı döyüşdə düşməni qaçmağa vadar edib: Desantçı Ukraynanın Qəhrəmanı oldu
Yalnız qaldığı döyüşdə düşməni qaçmağa vadar edib: Desantçı Ukraynanın Qəhrəmanı oldu
25-ci Siçeslav Hava-Desant Briqadasının 7-ci Korpus Hava-Desant-Təxirəsalınmaz Qoşunlarının desantçısı Dmitri “İrlandets” Yaşenko Pokrovski müdafiəsində göstərdiyi dözümə görə Ukraynanın Qəhrəmanı adına layiq görülüb.

Bizimyol.info xəbər verir ki, Prezidentin fərmanına əsasən, dövlət suverenliyi və Ukraynanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəxsi cəsarət və qəhrəmanlıq göstərdiyinə görə, Dmitri Yaşenkoya “Qızıl Ulduz” ordeni təqdim edilərək Ukraynanın Qəhrəmanı adı verilib.

25-ci briqada "Facebook" səhifəsində döyüşçünün qəhrəmanlığı haqqında ətraflı məlumat verib. Bildirilir ki, Pokrovski döyüşləri zamanı “İrlandets” təxəllüslü Dmitri Yaşenko mövqedə tək qalıb – üç döyüş yoldaşı düşmənin FPV dron hücumları nəticəsində həlak olub.

Qəzetdə qeyd olunur ki, o, beş gün ərzində su, yemək və əlaqə olmadan, mövqelərini davamlı dəyişərək düşmənin hücumlarını dəf edib.

“Bəzi döyüşlərdə təkbaşına 10-dan çox işğalçını zərərsizləşdirib. Qalan rus əsgərləri, qarşılarında bütün bir bölmənin dayandığını düşünüb geri qaçıblar. Şəhəri tərk edib qonşu bölməyə çatdıqda yaralı döyüş yoldaşının təxliyyəsinə kömək edib,” – deyə briqada bildirib.

Ukrayna mətbuatı qeyd edir ki, hərbi icmalçı Denis Popoviç Pokrovski və Mirnoqraddakı döyüşlərin hələ davam etdiyini bildirib.

Popoviçin sözlərinə görə, ruslar aprelin 1-dək Donetsk vilayətini ələ keçirməyi planlaşdırırdılar, amma bu tarixə qədər buna nail olmayacaqlar. Lakin onlar bölgəni ələ keçirmək niyyətindən vaz keçmirlər.

Hal-hazırda Donetsk vilayətinin Konstantinovka şəhəri uğrunda döyüşlər gedir. O, əlavə edib ki, düşmən şəhəri məhv etməyə çalışır – davamlı bombardman edir, atəş açır. Popoviç xatırladıb ki, düşmənin Konstantinovkaya fosfor döyüş sursatları ilə atəş açdığı, şəhəri faktiki olaraq yandırdığı video da mövcuddur. Rusların Konstantinovkaya üç tərəfdən hücum edərək şəhəri mühasirəyə almağa çalışdığı vurğulanıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »