Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko və Kim Çen In 26 martda danışıqlar aparacaq
Lukaşenko və Kim Çen In 26 martda danışıqlar aparacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko və Şimali Koreya lideri Kim Çen In 26 martda “Kımssusan” rezidensiyasında görüş keçirəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyasına yaxın “Pul pervogo” Telegram-kanalı məlumat verib.

Lukaşenko 25 martda Pxenyana çatıb. O, “Azadlıq” abidəsini ziyarət edib, oraya təntənəli şəkildə çiçəklər qoyub. Bildirilir ki, çiçəklər həmçinin Rusiya Prezidenti Vladimir Putinin xahişi ilə, xüsusi əməliyyata verdiyi dəstəyə görə təşəkkür əlaməti kimi qoyulub.

Görüş zamanı bir sıra vacib siyasi məsələlərin müzakirə olunacağı gözlənilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »