Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ–İran təmasları: İsrail danışıqlarda iştirak etmir
ABŞ–İran təmasları: İsrail danışıqlarda iştirak etmir

İsrail ABŞ prezidenti Donald Trumpın bazar ertəsi elan etdiyi mümkün Vaşinqton–Tehran danışıqlarında birbaşa iştirak etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Semafor" portalının mənbələrə istinadən məlumat verib.

Mənbələrin bildirdiyinə əsasən, danışıqlarda ABŞ-ın xüsusi nümayəndəsi Stephen Vitkoff və prezidentin kürəkəni Jared Kushner iştirak edir. Zərurət yaranacağı halda isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də prosesə qoşula bilər. İsrail tərəfi isə bu məsələ ilə bağlı məlumatları Vaşinqtondan alacaq.

Prezident Tramp "Truth Social" platformasında yazıb ki, Vaşinqton və Tehran son iki gün ərzində hərbi əməliyyatların dayandırılması ilə bağlı “çox yaxşı və məhsuldar danışıqlar” aparıblar. Onun sözlərinə görə, məsləhətləşmələr “həftə ərzində davam edəcək”. Bildirilir ki, bununla əlaqədar olaraq ABŞ administrasiyasının rəhbəri İranın enerji infrastrukturuna mümkün zərbələrin endirilməsini beş gün müddətinə təxirə salıb.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baghaei IRNA agentliyinə açıqlamasında bildirib ki, Tehran Vaşinqtonla heç bir birbaşa danışıqlar aparmayıb, lakin mövqeyini vasitəçilər vasitəsilə çatdırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »