Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ vətəndaşlarına xəbərdarlıq: Təhlükəsizlik riskləri artır, xüsusilə Yaxın Şərqdə ehtiyatlı olun
ABŞ vətəndaşlarına xəbərdarlıq: Təhlükəsizlik riskləri artır, xüsusilə Yaxın Şərqdə ehtiyatlı olun
ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə təhlükəsizlik təhdidlərinin artması ilə əlaqədar ölkə vətəndaşlarını daha diqqətli olmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, müvafiq xəbərdarlıq qurumun rəsmi saytında dərc edilib.

“ABŞ Dövlət Departamenti bütün dünyada, xüsusilə Yaxın Şərqdə olan amerikalılara yüksək ehtiyatlılıq göstərməyi tövsiyə edir. ABŞ səfirlikləri və konsulluqları tərəfindən yayılan təhlükəsizlik xəbərdarlıqlarında yer alan göstərişlərə riayət etmək vacibdir”, - deyə bəyanatda qeyd edilib.

Qurum bildirib ki, artıq ABŞ-ın bir neçə diplomatik nümayəndəliyi, o cümlədən Yaxın Şərqdən kənarda yerləşənlər də hücumlara məruz qalıb. Dövlət Departamenti xəbərdarlıq edir ki, Amerika maraqlarını təmsil edən digər obyektlər də potensial hücum hədəfinə çevrilə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »