Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrə XİN: Qərblə Rusiya arasında əlaqələrin tədricən bərpası mümkündür
İsveçrə XİN: Qərblə Rusiya arasında əlaqələrin tədricən bərpası mümkündür

İsveçrənin xarici işlər naziri İnqnasio Kassis bildirib ki, konfederasiyanın diplomatik səyləri davam edərsə, Qərblə Rusiya arasında əlaqələrin bərpasına ümid var.

Bizimyol.info xəbər verir ki, o, "Le Temps" nəşrinə verdiyi müsahibədə qeyd edib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) dialoq üçün əsas platformaya çevrilməlidir, xüsusilə də ölkələr bir-biri ilə ünsiyyəti dayandırdığı hallarda. Kassisin sözlərinə görə, İsveçrənin missiyası məhz belə vəziyyətlərdə tərəflər arasında dialoqu bərpa etməkdir, o cümlədən Rusiya ilə.

“Əgər diplomatik münasibətlərimizdə müəyyən sabitliyi qoruya bilsək, əminəm ki, əlaqələr tədricən bərpa olunacaq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, ATƏT Avropa, Şimali Amerika və Asiyadan 57 dövləti birləşdirən dünyanın ən iri regional təşkilatlarından biridir. Təşkilat təhlükəsizlik məsələləri, o cümlədən münaqişələrin erkən xəbərdarlığı, münaqişədən sonrakı bərpa və transmilli təhdidlərə qarşı mübarizə ilə məşğuldur. Onun əsas məqsədi ATƏT məkanında sülhün, demokratiyanın və sabitliyin təmin edilməsidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »