Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş: BMT “Sülh Şurası” ilə fəal əməkdaşlıq edir
Quterreş: BMT “Sülh Şurası” ilə fəal əməkdaşlıq edir

BMT Qəzza sektorunda sülhün bərqərar olunması məqsədilə ABŞ-ın təşəbbüsü ilə yaradılmış “Sülh Şurası” ilə aktiv əməkdaşlıq aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş "Politico" qəzetinə müsahibəsində bildirib.

Quterreş Şuranın Fələstin anklavının bərpası ilə bağlı planını müsbət qiymətləndirib: “Təhlükəsizlik Şurası tərəfindən (2803 saylı qətnamədə) təsdiqlənmiş konkret məqsəd mövcuddur və biz Sülh Şurası tərəfindən yaradılmış strukturlarla fəal şəkildə əməkdaşlıq edirik”, – deyə o vurğulayıb.

Eyni zamanda, nəşrin yazdığına görə, Quterreş bu qurumu ABŞ prezidenti Donald Trampın “şəxsi layihəsi” kimi qiymətləndirir və hesab edir ki, yeni təşkilatın səlahiyyətləri Qəzza sektorunun bərpası planı çərçivəsindən kənara çıxmamalıdır.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza üzrə sülh təşəbbüsü çərçivəsində yaradılan şuranın nizamnaməsini imzalayıblar. Vaşinqton bildirib ki, təşkilata başqa dövlətlər də qoşulub.

“Sülh Şurası” İsrail ilə radikal Fələstin hərəkatı HƏMAS arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Qəzzanın idarə olunması üçün yaradılıb. Bununla yanaşı, onun digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə də məşğul olacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »