Novruz bayramı yaxınlaşdıqca ailə üzvlərinin bir araya gəlməsi və bayram sevincini paylaşması ənənəvi olaraq böyük əhəmiyyət kəsb edir. Bu günlərdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin də ailələri ilə görüş imkanları ictimai maraq doğurur.
- Novruz bayramı günlərində məhkumların ailə üzvləri ilə görüşünə icazə veriləcəkmi?
Yaranan sualla bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib: “Məhkumlar cəzaçəkmə müəssisəsinin ərazisində görüş hüququna malikdirlər, görüşlərin sayı və növləri isə qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilir. Bayram günlərində də qanunvericiliyin tələblərinə əsasən məhkumların görüş hüququ tənzimlənir”.
Günel Həsənova, Bizimyol.info






