Çərşənbə axşamı Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.
Bizimyol.info xəbər verir ki, Baş nazir Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan iclas barədə sosial mediada məlumat verib.
İclasda prezident Vaaqn Xaçaturyan, parlament sədri Alen Simonyan və digər rəsmi şəxslər də iştirak ediblər. Müzakirə mövzusu regiondakı vəziyyət olub. Bu, ABŞ-İsrail əməliyyatının başlanğıcından bəri Ermənistan Təhlükəsizlik Şurasının beşinci iclasıdır.
Bizimyol.info






