Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran səfiri Xameneiyinin Moskvada müalicə olunması xəbərlərini təkzib edib
İran səfiri Xameneiyinin Moskvada müalicə olunması xəbərlərini təkzib edib

İranın Rusiyadakı səfiri Kazim Calali, "yeni ali lider Məcid Xamenei yaralandıqdan sonra Moskvada müalicə alırmış" deyə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Calali bu şayiələri təkzib edib.

Cəlali sui-qəsd nəticəsində öldürülən Ayətullah Əli Xameneinin varisi yaralandıqdan sonra Moskvaya gəldiyini xəbərini qəti şəkildə təkzib edib. "Bu, yeni psixoloji müharibədir. İran liderlərinin sığınacaqlarda qaçıb gizlənməyə ehtiyacı yoxdur; onların yeri küçələrdə, xalq arasındadır", - deyə diplomat bildirib.

Küveytin "Əl-Cəridə" qəzeti daha əvvəl 28 martda hava hücumunda yaralanan Müctəba Xameneinin Kremlin rəpbəri Vladimir Putinin şəxsi dəvəti ilə müalicə üçün Moskvaya aparıldığını bildirmişdi.

ABŞ prezidenti Donald Tramp 16 martda Xameneinin sağ və ya ölü olduğunu heç kimin bilmədiyini bildirib. "Çoxları onun çox ağır yaralandığını deyir. Bəziləri onun ağır şəkildə eybəcər hala düşdüyünü deyir. Bəziləri onun ayağını itirdiyini və çox ağır yaralandığını deyir. Digərləri isə onun öldüyünü deyir. Heç kim onun 100% sağlam olduğunu demir. Və bu, doğru deyil", - deyə o bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »