Bu gün Hilton Baku Hotel-də Xəzər Universitetunin 35 illik yubiley mərasimi keçirildi. Mərasimdə Universitetin professor-müəllim heyətinin üzvləri, məzunları, dövlət, hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, alimlər, ziyalılar, tələbələr iştirak edirdi.
Hamlet İsaxanlıXəzər Universitetinin tarixi ilə bağlı videoçarx nümayiş etdirildi. Universitütin qurucusu, Müşahidəçilər və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı çıxış edərək, Universitetin yaranması, formalaşması və bu müddətdə əldə edilən uğurları haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı dedi ki, hələ Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək üçün mübarizə apararkən, respublikada ilk ingilisdilli universitet yaradılması ideyası da meydana gəldi. Dövrün dövlət rəhbərliyi də bu təşəbbüsü dəstəklədi və keçmiş Sovet məkanında ilk dəfə hökumət qərarı ilə özəl universitet yaradıldı. 1991-ci ildə 19 tələbə ilə fəaliyyətə başlayan Xəzər Universiteti hazırda 10 mindən çox insanın oxuduğu və işlədiyi beynəlxalq nüfuzlu ali təhsil ocağına çevrilib. Universitetdə 5 min tələbə təhsil alır.
Daha sonra Xəzər Universitetinin rektoru Raziyə İsayeva, gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, rektorlar, alimlər, ziyalılar çıxış edərək Xəzər Universitetinin 35 illik yubileyi münasibətilə təbriklərini çatdırdılar.
S.Əhmədli, bizimyol.info






