Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: “Rusiya təcrübəsi dünyada yeni münaqişələr üçün təhlükə yaradır”
Zelenski: “Rusiya təcrübəsi dünyada yeni münaqişələr üçün təhlükə yaradır”

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, o, dəfələrlə dünyaya izah etməyə çalışıb ki, Rusiya dörd illik genişmiqyaslı işğal dövründə böyük təcrübə qazanıb – cəbhə bilikləri, yeni texnologiyalar, uzunmüddətli quru müharibəsi təcrübəsi və hərbi-sənaye bazası yaradıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "i24NEWS" və "Jerusalem Post"a müsahibəsində danışıb.

“Mən həmişə vurğulamışam ki, bu, digər regionlara da təsir edəcək: Afrika, Yaxın Şərq, Avropa və digər bölgələr. Çünki Rusiyanın Yaxın Şərqdə maraqları var. O, keçmiş Suriya rejiminin müttəfiqi olub və hazırkı İran rejiminin də müttəfiqidir. Onların Şimali Koreya ilə ortaq maraqları var – onlar müttəfiqdirlər. Rusiyanın Avropada, xüsusən də Avropa Birliyinin birliyini sarsıtmaqla bağlı maraqları mövcuddur”, – deyə dövlət başçısı izah edib.

Onun sözlərinə görə, indi dünya görür ki, hətta zərbələr altında olsa da, İran rejimi əks-hücumlar həyata keçirir. “Düzdür, mən deməyə çalışıram: Rusiyanı dayandırmaq çoxsaylı müharibələri dayandırmaq deməkdir”, – deyə Zelenski vurğulayıb.

Əvvəllər "Reuters" xəbər verib ki, Fars Körfəzi ölkələri Trampdan İrana qarşı müharibəni dayandırmamağı xahiş edib. Bu dövlətlər hesab edirlər ki, Ağ Evin İranda hərbi potensialı tam zəiflətməsi vacibdir. Eyni zamanda ABŞ Fars Körfəzi ölkələrinə təzyiq göstərir və onları İrana qarşı müharibəyə qoşulmağa çağırır.

Bununla yanaşı, "Axios" məlumat verib ki, İran ABŞ tərəfi ilə birbaşa əlaqə kanalını bərpa edib. İranın Xarici İşlər naziri Abbas Ərakçi ABŞ Prezidenti nümayəndəsi Stiv Viktoff’a mesajlar göndərib, mesajlarda müharibənin dayandırılması məsələsi müzakirə olunub. Lakin ABŞ hələ İranla danışıqlara başlamayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »