Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-İsrail koalisiyası müharibədə məqsədlərinə tam çata bilmədilər, bunun müqabilində dünya iqtisadiyyatı böhranın astanasına gətirildi"
"ABŞ-İsrail koalisiyası müharibədə məqsədlərinə tam çata bilmədilər, bunun müqabilində dünya iqtisadiyyatı böhranın astanasına gətirildi"

ABŞ və İsrailin son hücumları İranda qeyri-sabitlik riskini artırıb və Yaxın Şərqdən ekstremistlərin Orta Asiya ölkələrinə sızma ehtimalını yüksəldir. İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar bildirib ki, İran hökumətinin gücü regionun təhlükəsizliyini qorumağa kifayətdir. Diplomat həmçinin vurğulayıb ki, münaqişə qlobal iqtisadiyyat, enerji və təchizat zəncirlərinə mənfi təsir göstərir.

  • Bu münaqişənin Orta Asiya və Yaxın Şərqdə regional sabitliyə potensial təsirləri nələr ola bilər?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-İsrail tandeminin İrana qarşı təcavüzkar müharibəsi təkcə regional deyil, ümumilikdə qlobal təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıtdı, bu müharibənin siyasi iqtisadi və hərbi təsirləri mənfi mənada getdikcə daha çox hiss olunmaqdadır: “Xalqlar və dövlətlər arasında parçalanmalar, düşmənçilik, nifrət hissi, gücün yaratdığı fəsadlar geri dönməz hal alır. İran uzun illər Yaxın Şərqdə məzhəb təfriqətçiliyi, absurd ambissiyaları ilə sülh və sabitlik üçün təhlükəyə çevrilmişdi. Ancaq müharibə bu problemləri nəinki həll etmədi, əksinə yeni risklər yaratdı. Şərq ölkələrində xarakterik olan sərt idarəçiliyin çökdürülməsindən sonra sabitsizliyin, xaosun hökm sürməsi təcrübəsi var. Bunun acı nümunəsi olaraq İraqı və Suriyanı göstərə bilərik”.

Əli Orucov Əli Orucov

Əli Orucov qeyd edib ki, bir zamanlar Şərqin inkişaf etmiş və öndə olan dünyəvi dövlətlərində dövlət avtoritetini və sabitliyi bərpa etmək qeyri-mümkündür. Politoloqun fikrincə, İranın süquta uğradılmasının fəsadları gözardı edilməməlidir: “Faktiki olaraq ABŞ-İsrail koalisiyası müharibədə məqsədlərinə tam çata bilmədilər, ancaq bunun müqabilində dünya iqtisadiyyatı böhranın astanasına gətirildi. Neft birdən-birə astronomik sürətlə bahalaşdı ki bu da dünya iqtidiytatında ciddi təlatümlər yaratdı. Tehran rejiminin müharibədə seçdiyi taktika yumşaq və dolayı təzyiq taktikadıdlr. Həmin taktika ilkin nəticələrini verir, İsrail-ABŞ koalisiyasına qarşı təpkilər artır. İran ərazisinə və əhalisinə görə də Asiyanın böyük ölkələrindən biridir və dini, mədəni, etnik, tarixi bağlılıqlar onu region ölkələri ilə bağlayır. Bu zəncirin qırılması, regionda dini və etnik zəmində toqquşmaları stimullaşdırar. Odur ki, müharibədə hücum edən tərəfin aydın və konkret nə istədiyi bəlli olmayınca narahatlıqlar artmaqdadır. Yaxın Şərqin nizamının pozulması yeni deyil, son 100 il ərzində qlobal güclərin amansız rəqabəti və mübarizəsi bölgəni alov çəmbərinə çevirib. Bura çox təəssüf ki, İran da əlavə olunur”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »