Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fidan İrana hücumun qanunsuz olduğunu deyib
Fidan İrana hücumun qanunsuz olduğunu deyib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı təcavüzün qanunsuz və təhriksiz olduğunu, lakin Tehranın cavab zərbələrinin də səhv olduğunu bildirdi.

Bizimyol.info xəbər verir ki, bu barədə H.Fidan Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"İrana hücum, əlbəttə ki, təhriksizdir. Bu müharibə və bu hücum ədalətsiz və qanunsuz olduğu kimi, İranın bölgədəki digər ölkələrə, xüsusən də Fars körfəzi ölkələrinə hücumları da ədalətsiz və qanunsuzdur. Biz bunu iranlı həmkarlarımıza bildiririk. Lakin buna ən qısa zamanda son qoymaq üçün atəşkəs prosesinə başlamaq lazımdır", - deyə o, qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »