Davam edən münaqişə nəticəsində İranda 3,2 milyona qədər insan (600.000 ilə 1 milyon arasında ailə) məcburi köçkün düşüb.
Bizimyol.info xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ilkin məlumatlarında göstərilir.
BMT QAK-ın məlumatına görə, məcburi köçkün əhalinin əksəriyyəti Tehranı və digər böyük şəhərləri tərk edərək ölkənin şimal bölgələrinə və kənd yerlərinə təhlükəsizlik üçün gedir. BMT xəbərdarlıq edir ki, döyüşlər davam etdikcə bu rəqəmlər artacaq. BAK əlavə edib ki, artıq İranda olan qaçqın ailələri, əsasən Əfqanıstan vətəndaşları da bundan təsirlənib.
Qadir, Bizimyol.info






