Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə baş redaktorun iddiasını təmin edib
Məhkəmə baş redaktorun iddiasını təmin edib

Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhmədlə manşet.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev arasında məhkəmə çəkişməsi yekunlaşıb, hakimin qərarı elan olunub. Bu qərara görə, müğənni və atası jurnalistdən üzr istəməli, təkzib verməli, Əli Vəliyev haqqında bütün yazdıqlarını silməlidir.

Bu haqda lent.az saytına Əli Vəliyev özü məlumat verib.

Səbail rayon Məhkəməsi bu gün hakim Şahin Abdullayevin sədrliyə Əli Vəliyevin iddiasına baxıb.

Məhkəmə çəkişməsinə səbəb müğənnilərlə Mədəniyyət Nazirliyi arasında narazılığa dair Əli Vəliyevin çəkdiyi video olub: “Bir ara Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlamışdı. Mən də video çəkərək nazirliyə qarşı bu hücumların əsassız olduğunu söylədim. Bu videodan sonra Almaxanım məni nazirlikdən rüşvət almağımla bağlı ittiham etdi. Həmin ittihamlar əsasında Almaxanımı və Vüqar Əhmədi məhkəməyə verdim. Onların mənə qarşı olan iddiaları isə təmin edilmədi".

Son xəbərlər
Bütün xəbərlər »