ABŞ və İsrail İrana hücum etməyə davam edərsə, neftin qiyməti barrel üçün 200 dollara qədər yüksələcək.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Əl-Aləm" televiziya kanalına istinadən İslam Respublikasının Mərkəzi Komandanlığının sözçüsü Xatəm əl-Ənbiya bildirib.
O, ABŞ rəhbərliyinə: "Neftin qiymətinin tezliklə 200 dollara çatacağını gözləyin. Süni tədbirlərə əl atmaqla neft bazarını xilas edə bilməyəcəksiniz", - deyə bildirib.
Bizimyol.info






