Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heqset: Putin və Trampın danışığı Ukraynada sülhün bərpasına ümid verdi
Heqset: Putin və Trampın danışığı Ukraynada sülhün bərpasına ümid verdi

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında baş tutan danışıq zamanı Yaxın Şərq konflikti və Ukraynada sülhün bərpası imkanları müzakirə olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziri Piter Heqset bildirib.

"ABŞ prezidenti Donald Tramp dünya liderləri ilə möhkəm əlaqələri dəstəkləyir, bu isə bizə müxtəlif imkanlar və hərəkət variantları verir. Prezident dedi ki, söhbət yaxşı keçib. Mən orada iştirak etmədim, amma deyirlər ki, bu, ümid verici bir söhbət olub və ümid edirik ki, Rusiya ilə Ukrayna arasında müəyyən sülhün təmin olunması imkanını təsdiqləyib. İran konflikti ilə bağlı isə danışıq zamanı müzakirə olunub ki, Rusiya bu məsələyə cəlb edilməməlidir", - deyə Heqset qeyd edib.

9 mart tarixində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Tramp ilə telefon danışığı həyata keçirib. ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan bir saatlıq söhbətdə İran və Ukrayna ətrafındakı konfliktlər, həmçinin Venesuela vəziyyəti müzakirə edilib. Bu, ABŞ və İsrailin İrana hücumundan sonra məlum olan ilk və iki aydan artıq müddətdə ilk Putin-Tramp danışığı olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »