5 mart gecəsi İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutda Hizbullah komandanlıq mərkəzlərinə zərbə endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat verib.
"İsrail Hərbi Hava Qüvvələri bu yaxınlarda Beyrutda bir neçə Hizbullah komandanlıq mərkəzinə qarşı bir sıra kəşfiyyat zərbələri endirib. Hədəflər arasında Hizbullah hava qüvvələri tərəfindən istifadə edilən komandanlıq mərkəzi də var idi", - deyə bəyanatda qeyd edilib.
Zərbələr Hizbullahın İMQ heyətinə və İsrail mülki əhalisinə qarşı müxtəlif terror hücumlarının hazırlanması və həyata keçirilməsi üçün istifadə etməyi planlaşdırdığı komandanlıq mərkəzlərini hədəf alıb.
Zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün tədbirlər görülüb.
"İMQ terror təşkilatının İran terror rejimini müdafiə etmək üçün İsrailə qəsdən hücum etmək qərarından sonra Hizbullaha qarşı qətiyyətli və güclü şəkildə hərəkət edir. İMQ İsrail Dövlətinin sakinlərinə heç bir zərər verilməsinə dözməyəcək", - deyə hərbçilər bildirib.
Sosial mediada yayılan təsdiqlənməmiş məlumatlara görə, Livanda ölkənin şimalında keçirilən hədəf əməliyyatı zamanı yüksək vəzifəli HƏMAS rəsmisi gecə vaxtı öldürülüb. İMQ hələlik bu məlumata münasibət bildirməyib.
Qadir, Bizimyol.info






