Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış idman məşqçisi Kamil Zeynallı: “Belə hadisə təkcə idman zalında deyil, başqa yerdə də baş verə bilərdi”
Tanınmış idman məşqçisi Kamil Zeynallı: “Belə hadisə təkcə idman zalında deyil, başqa yerdə də baş verə bilərdi”

Yaxın günlərdə Masallı idman kompleksində idman edən kişi ölüb. APA xəbər verir ki, Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib. Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb. Masallı İdman Kompleksində idman edən kişi ölüb. Faktla bağlı araşdırma aparılır.

  • İdman zamanı sağlamlıq problemlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Tanınmış idman məşqçisi Kamil Zeynallı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, idmanın insana ziyanı yoxdur: “Bəli, hadisə idman zalında baş verib, şəxsin ürəyi sıxılıb. Belə halların qarşısını almaq üçün hər kəs ilk növbədə öz sağlamlığına diqqət yetirməlidir. İdman sağlamlıqdır, bədənin fiziki tərbiyəsidir. İdman insanı həm fiziki forma baxımından, həm də psixoloji cəhətdən rahatlaşdırır, sakitləşdirir.

İdmanın insana ziyanı yoxdur. Əsas məsələ odur ki, insan əvvəlcə öz sağlamlıq vəziyyətini yoxlatdırmalıdır. Ola bilsin ki, həmin şəxsin səhhətində problem var idi və o, bunu bilmirdi və ya vaxtında müayinə olunmamışdı. Belə hadisə təkcə idman zalında deyil, başqa bir yerdə də baş verə bilərdi. Burada məsələni birbaşa idman zalı ilə əlaqələndirmək düzgün olmaz. Əgər insanın səhhətində idmana mane olan problem varsa, mütləq həkimlə məsləhətləşməli, müayinə olunmalıdır. Əks halda, hazırlıqsız şəkildə edilən fiziki yüklənmə arzuolunmaz hadisə ilə nəticələnir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »