ABŞ hərbi əməliyyata başlamazdan əvvəl İranla aparılan danışıqlarda rəsmi Tehrana 10 il müddətinə uranı zənginləşdirmədən imtina etməsi müqabilində pulsuz nüvə yanacağı tədarükünü təklif edib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff "Fox News" telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton İranla uranın zənginləşdirilməsindən 10 il müddətinə tam imtina məsələsini müzakirə edib və bu müddət ərzində yanacaq xərclərini öz üzərinə götürməyi təklif edib. “Biz onlara 10 il ərzində istənilən zənginləşdirmədən imtina etməyi müzakirə etdik və bildirdik ki, yanacağın pulunu biz ödəyəcəyik. Onlar isə bundan imtina etdilər”, – deyə Vitkoff bildirib.
Bundan əvvəl Amerikanın "Axios" portalı mənbələrə istinadla yazıb ki, Cenevrədə keçirilən danışıqlar zamanı ABŞ tərəfi İrana uranın zənginləşdirilməsinə 10 illik moratorium tətbiq etməyi təklif edib. Eyni zamanda Vaşinqton Tehrana atom elektrik stansiyaları üçün pulsuz nüvə yanacağı tədarükünü də irəli sürüb.
Qadir, Bizimyol.info






