İran 2 mart səhəri İsrail Baş naziri Binyamin Netanyahunun ofisinə və İsrail Hərbi Hava Qüvvələri komandanı Tomer Barın qərargahına raket hücumları edib.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.
"İslam Respublikası silahlı qüvvələri tərəfindən həyata keçirilən onuncu zərbə dalğasında cinayətkar sionist rejimin (İsrail nəzərdə tutulur) Baş nazirinin ofisi və rejimin hava qüvvələri komandanının qərargahı "Xeybər" raketləri ilə hədəfə alınmış və qəfil hücumlara məruz qalıb", - deyə "Tasnim" xəbər agentliyi bəyanata istinadən bildirib.
İİKK əlavə edib ki, "Sionist rejimin Baş nazirinin taleyi hələ də məlum deyil".
Bizimyol.info






