Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dövlətimizin böhran şəraitində diplomatik nümayəndəliklərin iş rejimi və vətəndaşlara göstərilən qayğı, böyük rola malikdir"
"Dövlətimizin böhran şəraitində diplomatik nümayəndəliklərin iş rejimi və vətəndaşlara göstərilən qayğı, böyük rola malikdir"

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlamasında bildirib ki, bölgədə davam edən gərgin hərbi vəziyyət fonunda Azərbaycanın diplomatik nümayəndəlikləri fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir və vətəndaşlardan daxil olan müraciətlərə operativ dəstək göstərir. İndiyə qədər yalnız bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb və ona səfirlik tərəfindən lazımi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan vətəndaşların çıxışı üçün Azərbaycan və Türkiyə ilə quru sərhədlərindən istifadə edilir və artıq 30 nəfər ölkəyə keçid edib. Bölgədə hava məkanının bağlı olması nəzərə alınaraq, hazırda genişmiqyaslı təxliyyə planı nəzərdə tutulmur. Vətəndaşlara təhlükəsizlik vəziyyətini diqqətlə izləmək, yerli orqanların göstərişlərinə əməl etmək və kütləvi toplaşma yerlərindən uzaq durmaq tövsiyə olunur.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasındabildirib ki, Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin edilməsi dövlətimizin ən başlıca vəzifələrindən biridir: “İranda müharibə getdiyi bir vaxtda belə bir vəzifənin uğurla həyata keçirilməsi istiqamətində görülən hər bir tədbir təqdirəlayiq hesab edilməlidir. Müharibə dəhşətdir, insanlığa, bəşəriyyətə qarşı bir faciədir. Çox təəssüflər olsun ki, bu bəladan hələ də qurtarmaq mümkün deyil. Ancaq bu dəhşətlərin qarşısının alınması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində qabaqlayıcı tədbirlərin görülməsi çox əhəmiyyətlidir və Azərbaycan dövləti də ilk gündən real vəziyyəti nəzərə alaraq müəyyən tədbirlər istiqamətində səylərini əsirgəməmişdir. Əlbəttə ki, qabaqlayıcı tədbirlərin görülməsi, kütləvi qırğının qarşısının alınması üçün verilən tövsiyələr, vəziyyəti izləmək və operativ tədbirlər görmək çox faydalıdır. Bu məqsədlə də diplomatik nümayındəliklərə əvvəlcədən lazımi göstərişlər verilmiş, onların vəzifələri, məsuliyyətləri geniş şərh edilmiş və operativ tədbirlərin görülməsi tapşırılmışdır. İranda səfərdə olan 30 nəfər vətəndaşın Azərbaycana keçməsi üçün müəyyən imkanların yaradılması və onların təhlükəsizliyinin təmin olunması bunun bir nümunəsidir”.

Tahir Rzayev Tahir Rzayev

Deputat vurğulayıb ki, Xarici İşlər Nazirliyinin səlahiyyətləri çərçivəsində bu vəzifələrin yerinə yetirilməsi, vəziyyətə nəzarət olunması, gələcək itkilərin qarşısının alınmasına bir zəmanətdir: “Artıq bölgədə hava məkanı bağlı genişmiqyaslı təxliyyə planları hazırlanmışdır və bu gün İranda gediş-gəliş çox qorxulu bir vəziyyətdədir. Ona görə də tapşırıqlara əməl etmək, vətəndaşların özlərinin təhlükəsizliyi üçün vacibdir və tövsiyələr mütləq yerinə yetirilməlidir.

Dövlətimizin böhran şəraitində diplomatik nümayəndələrdəki iş rejimi və vətəndaşlara göstərilən qayğı, böyük rola malikdir və sözsüz ki, mövcud vəziyyəti nəzərə alaraq hər bir vətəndaşımız qarşıya qoyulan vəzifələrə, tövsiyələrə əməl etməyə borcludur. Bu, onların təhlükəsizliyinin təmin edilməsi və vətənə salamat sağ salamat qayıtmaları üçün çox önəmlidir. İranda baş verən hadisələr, tələfat əlbəttə ki, bizim hər birimizi ciddi düşündürür. Çünki qonşu dövlət olmaqla, İran İslam estrepka ilə Azərbaycanı tarixi köklər, mənəvi dəyərlər. Ancaq biz heç bir xarici ölkənin daxili işlərinə qarışmırıq və burada yaşayan qonaq olan vətəndaşlarımızın taleyi bizim üçün çox önəmlidir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »