Avstriya İranın nüvə proqramı ilə bağlı texniki danışıqların keçirilməsi üçün Vyana şəhərində İran və ABŞ nümayəndə heyətlərinə yenidən platforma təqdim etməyə hazır olduğunu bəyan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Alp respublikasının xarici işlər naziri Beate Meinl-Reisinger açıqlama verib.
“Biz, Avstriya olaraq, son günlər Vyanada İranın nüvə proqramı ilə bağlı texniki danışıqların keçirilməsi imkanını təmin etmək üçün fəallıq göstərmişik və gərginliyin azaldılması istiqamətində bu imkanları açıq saxlamağa hələ də hazırıq”, - deyə nazir "X" sosial şəbəkəsində yazıb.
Bizimyol.info






