İtaliya İranın Küveytdəki İtaliya qoşunlarının yerləşdiyi hərbi bazaya raket hücumu etdiyini təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio Tajani raketin bazanın uçuş-enmə zolağına dəydiyini bildirdi. Hücum zamanı obyektdə təxminən 300 italyan əsgəri olub.
Tajaniyə görə, heç kim xəsarət almayıb. O əlavə etdi ki, zərbə zamanı qoşunlar bunkerə qaçmağı bacarıblar.
İtaliya tərəfi bazaya dəyən ziyanın miqyası və ya hücumun nəticələri barədə əlavə məlumat verməyib.
Bizimyol.info






