İsrail səhiyyə sistemi ən yüksək həyəcan səviyyəsinə qaldırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasına görə, bu səhər xüsusi qrup yaradılıb. Ölkə daxilindəki klinikalarda bütün təcili olmayan prosedurlar və ambulator görüşlər ləğv edilir. Xəstəxana işçilərinə təhlükəsiz ərazilərə köçmək əmri verilib.
Bu qərarlar İsrail hakimiyyətinin İslam Respublikasına qarşı "qabaqlayıcı zərbə" elan etməsindən sonra İrandan mümkün hücum gözləntiləri nəzərə alınmaqla qəbul edilib.
Bizimyol.info






