Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Katsuya Vatanabe: "Azərbaycan Yaponiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutunun mərkəzində yerləşir"
Səfir Katsuya Vatanabe: "Azərbaycan Yaponiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutunun mərkəzində yerləşir"

Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Yaponiyanın dövlət bayramı - İmperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda Azərbaycan-Yaponiya arasındakı münasibətlər haqqında çıxış edib.

Bizimyol.info xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Yaponiyanın dövlət bayramı - İmperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda Azərbaycan-Yaponiya arasındakı münasibətlər haqqında çıxış edib.

Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe / Foto: report Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe / Foto: report

"Azərbaycan Yaponiyanı Avropa ilə birləşdirən marşrutun mərkəzində yerləşir, kommunikasiyaların inkişafında, beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional sabitliyin və rifahın təşviqində mühüm rol oynayaraq Tokio üçün əvəzolunmaz tərəfdaş olaraq qalır", - səfir Katsuya Vatanabe qeyd edib.

Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe bildirib ki, 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri 30 il ərzində Azərbaycanla Yaponiya arasında dostluq münasibətləri inkişaf edir: "Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil daxil olmaqla geniş sahələri əhatə edir. Xalqlarımız və ölkələrimiz arasında sıx qarşılıqlı əlaqələr bu gün sahib olduğumuz dərin əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb".

Səfir qeyd edib ki, ötən il Osaka şəhərində keçirilən "Osaka Kansai Expo" sərgisində Azərbaycan təxminən iki milyon insanın ziyarət etdiyi milli pavilyonla təmsil olunub: "Biz bunu dostluğumuzun gücünün əyani sübutu kimi qiymətləndiririk. Fürsətdən istifadə edərək, dəstək və əməkdaşlığa görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün azərbaycanlı dostlara bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm".

Səfir bildirib ki, dekabr ayında Tokioda "Mərkəzi Asiya + Yaponiya" dialoqunun sammiti keçirilib və burada əsas məsələlərdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın təşviqi və genişləndirilməsi olub.

Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe məmnuniyyətlə qeyd edib ki, Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib və may ayında Bakı qlobal məsələlərin müzakirəsi üçün beynəlxalq platforma olacaq Ümumdünya Şəhər Forumuna (WUF13) ev sahibliyi edəcək: "Səmimi qəlbdən ümid edirəm ki, Yaponiya və Azərbaycan bu yeni formalaşan istiqamətlərdə də sıx əməkdaşlığı davam etdirəcək, Yaponiya şirkətləri isə yeni layihələr və investisiyalar vasitəsilə iqtisadi əlaqələrimizə əlavə təkan verəcəklər".

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »