Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan hazırda qonşularına torpaq iddiasında olan bir ölkədir və region üçün hələ də təhlükəlidir"
"Ermənistan hazırda qonşularına torpaq iddiasında olan bir ölkədir və region üçün hələ də təhlükəlidir"

Dünya üzərində sülhün qorunması və münaqişələrin qarşısının alınması üçün silahsızlanma əsas vasitələrdən biridir. Silahların məhdudlaşdırılması və beynəlxalq razılaşmaların tətbiqi ölkələr arasında etimadı gücləndirir, regional və qlobal təhlükəsizliyi artırır. Beynəlxalq müqavilələr silahsızlanma prosesini normativ çərçivəyə salır və dövlətlərin öhdəliklərini müəyyən edir. Bu, həm nüvə silahları, həm də konvensional silahların istehsalı və saxlanmasını azaldır, müharibə riskini minimuma endirir.

  • Bəs "silahsızlanma" həqiqətdirmi?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, silahsızlanma ilə bağlı dəfələrlə məsələ qaldırılsa da, real deyil, çünki məntiqə sığışmır: “Müstəqilliyin o zaman əhəmiyyəti var ki, özünü qoruya bilir.

Müstəqillik özünü qoruya bilmirsə, onun əhəmiyyəti yoxdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin kəlamlarına diqqət yetirsək, “müstəqilliyi qorumaq əldə etməkdən daha çətindir” deyirdi. Müstəqilliyi qorumaq üçün vasitələr lazımdır. Bunu qoruyan vasitələr də güclü silahlanmadır və hər bir ölkənin müstəqilliyinin əsas qarantı onu qoruya biləcək mexanizmlardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, "son zamanlar dünyada dünyanın özünün qəbul etdiyi qərarlar belə icra olunmur. Bu geosiyasi arenada öz maraqlarını qorumaq üçün birinci plana onun gücü çıxır. Kim güclüdür, öz maraqlarını qoruya bilir, öz müstəqilliyini qoruya bilir. Biz buna bu gün müasir dünyada şahid oluruq" deyə qeyd edir”.

Şair Ramaldanov Şair Ramaldanov

Şair Ramaldanov qeyd edib ki, Ermənistan silahsız dövlət olmalıdır. Hərbi ekspertin fikrincə, silahsız dövlətlər ola bilər, ancaq silahsız dövlətlərin təhlükəsizlik qarantını da hansısa böyük dövlətlər öz üzərinə götürməlidir.

“Ermənistan hazırda dörd tərəfə torpaq iddiasında olan bir ölkədir və bizim region üçün çox təhlükəlidir. Regionda Ermənistanın torpaqlarının müstəqilliyinin qarantı kimi çıxış edə biləcək dövlət olmalıdır. Çünki tarix göstərir ki, bu və ya digər şəkildə Ermənistan təzyiq altına düşür və bu güclərin marağında addımlar ataraq regionda təhlükə yaradan, yeganə dövlət kimi qiymətləndirilə bilər”-deyən ekspert bildirib ki, Ermənistana qarşı radikal formada ərazi iddiaları irəli sürən başqa bir həmsərhəd dövlət yoxdur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »