Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vens: Minnesotada ABŞ miqrasiya polisinin əməkdaşlarına kafedə hücum edilib
Vens: Minnesotada ABŞ miqrasiya polisinin əməkdaşlarına kafedə hücum edilib

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Minnesota ştatının Minneapolis şəhərində ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) və Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin (CBP) bir neçə əməkdaşının yerli solçu fəallar tərəfindən hücuma məruz qaldığını bildirib.

Bizimyol.info xəbər verir ki, Vensin “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, xidmətdən kənar vaxtda olan ICE və CBP əməkdaşları Minneapolisdə kafelərdən birində şam yeməyi yeməyə gediblər. Onların arxasınca izlənildiyi, şəxsi məlumatları və olduqları yerin fəallar tərəfindən ifşa edildiyi qeyd olunub. Daha sonra kafe hücuma məruz qalıb və hüquq-mühafizə orqanlarının əməkdaşları binada mühasirəyə alınıb.

Vens bildirib ki, əməkdaşlar kömək üçün yerli polisə müraciət etsələr də, şəhər rəhbərliyinin göstərişi ilə polis çağırışa cavab verməyib. Nəticədə onlara federal qurumlarda çalışan həmkarları köməyə gəlib.

ABŞ vitse-prezidenti bu hadisənin Minneapolisdə baş verənlərin yalnız “kiçik bir hissəsi” olduğunu vurğulayıb. Onun sözlərinə görə, yerli məmurlar federal miqrasiya qurumları ilə əməkdaşlıqdan imtina etdikləri üçün vəziyyət daha da gərginləşir. Vens şəhər və ştat rəhbərliyinin sağlam mövqe tutacağına və qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində siyasətlərini dəyişəcəyinə ümid etdiyini də əlavə edib.

Qeyd edək ki, Minneapolisdə növbəti etiraz dalğası yanvarın 24-də sərhəd xidməti əməkdaşının bir kişini güllələməsindən sonra başlayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, federal agentlər ondan silahı almağa cəhd göstərərkən ölən şəxs müqavimət göstərib.

Xatırladaq ki, şəhər məhkəməsindən verilən məlumata görə, şahid ifadələridə öldürülən şəxsin silah çıxarması ilə bağlı ICE-nin təqdin etdiyi ifadələrin döğru olmadığı bildirilib. Şahidlər öldürülən şəxsin silahdan istifadəyə cəhd etdiyini görmədiklərini deyiblər.

Bundan əvvəl, yanvarın 7-də qeyri-qanuni miqrantların axtarışı əməliyyatı zamanı ICE əməkdaşları yolun ortasında avtomobilini saxlayan qadından nəqliyyat vasitəsindən enməyi tələb ediblər. Avtomobil hərəkət etməyə başlayanda xidmət əməkdaşlarından biri sürücüyə atəş açıb. Qadın aldığı güllə yaralarından dünyasını dəyişib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »