Hindistanda hazırda peyvəndi və ya spesifik müalicəsi olmayan təhlükəli "Nipah" virusunun epidemiyası qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "PTI News" məlumat verib.
Virusun heyvanlar və insanlar arasında bədən mayeləri və çirklənmiş qida ilə təmas yolu ilə ötürüldüyü aşkar edilib.
Xəstəliyin ölüm nisbəti 75%-ə çata bilər. Hindistanda artıq beş yoluxma halı qeydə alınıb və təxminən 100 nəfər karantinə alınıb. Səhiyyə rəsmiləri daha çox yayılma riskindən narahatdırlar.
"Press Trust of India"nın məlumatına görə, mütəxəssislər insanların virusu heyvanlardan, ehtimal ki, yarasalardan yoluxdurduğuna inanırlar.
Simptomlar arasında yüksək qızdırma, halsızlıq və öskürək var. Ağır hallarda beynin iltihabı inkişaf edə bilər.
Qadir, Bizimyol.info






