Rusiyanın yanvarın 24-ü Ukraynanın Xarkov vilayətində hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında məlumat yayıb.
"Xarkova gecə hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb", - deyə O.Sinequbov bildirib.
Onun sözlərinə görə, tibb işçiləri yaralılara bütün lazımi yardımı göstərirlər.






