Kolorado Universitetinin (ABŞ) və Max Planck İnstitutunun (Almaniya) alimləri, insan beyninin həqiqətdə baş verməmiş hadisələri yadda saxlaya bildiyini aşkar ediblər.
Bizimyol.info xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc edilib.
Təcrübədə 50 könüllü iştirak edib. Hər bir iştirakçıdan tanıdığı insanların siyahısını tərtib etmələri və həmin siyahıdakı neytral bir insanla qarşılıqlı əlaqəni, müsbət və ya mənfi şəkildə düşünmələri xahiş edilib. İştirakçılar, təsəvvür edilən ssenariləri MRT cihazında izləyiblər.
Nevrovizualizasiya göstərib ki, beyin aktivləşmiş sahələrində mükafat və yaddaşın emalı ilə əlaqəli bölgələr işə düşüb. Bundan əlavə, təsəvvür edilən situasiyalar, real təcrübəyə bənzər reaksiyaları təşviq edib.
Sonrakı testlər göstərib ki, iştirakçılar, həqiqi qarşılıqlı əlaqə olmadan, düşündükləri ssenarilərə uyğun olaraq siyahıdakı insanlara münasibətlərini dəyişiblər.
Tədqiqatın baş müəllifi Aram Dabasın sözlərinə görə, bu nəticələr, insanların gələcək situasiyalarını düşünməklə motivasiya və seçimlərini necə formalaşdırdıqlarını anlamağa kömək edir. Alimlər, həmçinin, aşkar edilən mexanizmin fobiya və narahatlıq pozğunluqlarının müalicəsində potensialını vurğulayaraq, bu təcrübənin təhlükəsiz şəkildə modelləşdirilməsi və xəstənin reaksiyalarını dəyişdirməyə kömək edə biləcəyini qeyd ediblər.
Tədqiqat, təsəvvür və düşüncənin insan psixikasının və davranışının formalaşmasında əsas rol oynadığını sübut edir, həmçinin beynin necə öyrəndiyini və adaptasiya olduğunu daha dərindən başa düşməyimizə kömək edir.
Qadir, Bizimyol.info






