Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Qarabağdan könüllü çıxmış erməniləri həm Ermənistana, həm də Azərbaycana qarşı "qaldırmaq" istəyir"
"Rusiya Qarabağdan könüllü çıxmış erməniləri həm Ermənistana, həm də Azərbaycana qarşı "qaldırmaq" istəyir"

Rossotrudniçestvo, Avrasiya QHT və Rusiya Humanitar Missiyası QHT ilə birlikdə Dağlıq Qarabağdan köçkün düşmüş ailələri dəstəkləmək üçün humanitar layihəni 2026-cı ilə qədər uzadıb. Belə ki, verilən açıqlamaya görə, Qarabağdan qaçqın düşmüş şəxslər hələ gələn il də yardım üçün müraciət edə biləcəklər.

  • Ukrayna-Rusiya müharibəsi fonunda tətbiq edilən sanksiyalar səbəbilə onsuz da iqtisadiyyatı çökmüş olan Rusiya hansı məqsədlə “qaçqın” ermənilərin siyahısını tutsun ki?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Qarabağdan köçmüş ermənilərə belə yardımlarının iki əsas məqsədi var.

Turab Rzayev Turab Rzayev

“Birinci məsələ ondan ibarətdir ki, Rusiya onlardan Ermənistanın daxili siyasətinə qarşı istifadə etmək istəyir. Onların, məhz Qarabağdan kütləvi şəkildə çıxışı da Rusiya tərəfindən təşkil olunmuşdu. Azərbaycan tərəfi ermənilərə qalmağı təklif etsə də, onlar qalmaqdan imtina etdilər. Burada əsas məsələ ondan ibarət idi ki, onlar çalışırdılar ki, bu "qaçqın" dalğası ilə ölkədə sosial böhran yaransın, Ermənistanda Paşinyan hakimiyyətinə təzyiq göstərsinlər və onu devirsinlər. Nəzərə alsaq ki, bu insanlar müharibə görmüş, travmalı və silahlı insanlar idi. Bu səbəbdən də, Qarabağda yaşayan ermənilərin kütləvi şəkildə Ermənistana köçürülməsi Rusiya tərəfindən təşkil olunmuşdu. Bu gün həmin erməniləri bu yardım adı ilə siyahıya alıb, onlarla koordinasiyanı həyata keçirirlər. Onları bu yolla yenidən təşkilatlandırmaq istəyirlər. Daha sonra onları Azərbaycana qarşı olan yenidən istifadə etmək istəyirlər. Çünki Rusiya Qarabağ müharibəsindən sonra öz istədiklərini ala bilmədi.

Faktiki olaraq Azərbaycan indi Rusiyanın nəzarətindən kənardadır. Rusiyanın istədiyi kimi davranmır. Əksər hallarda sərbəst, müstəqil xarici siyasət həyata keçirir. Bu da Rusiyanın yenidən “Qarabağ ermənilərini hansı şəkildə Azərbaycana qarşı istifadə edə bilərəm” deyə əlavə strategiya qurmasına səbəb olur. Rusiya düşünür ki, həmin ermənilərdən ibarət təşkilati birlik yarada bilsə, gələcəkdə Azərbaycana qarşı Qarabağın “erməni icması” adından təzyiqlər həyata keçirə bilər”-deyən politoloq qeyd edib ki, bu şəkildə Azərbaycan hökumətinə və Azərbaycan xarici siyasətinə təzyiq imkanları əldə etməyə çıxmış olar. Beləliklə, Rusiyanın bu addımı iki tərəf - həm Ermənistan hakimiyyəti üzərində, həm də Azərbaycan hakimiyyəti üzərində - təzyiq qurmaq məqsədilə edilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »