Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“"Salyan kazarması" adlandırılan ərazidə mülki qurumlar icazəsiz təmizlik işləri apara bilməz” – Yasamal RİH-dən açıqlama
“"Salyan kazarması" adlandırılan ərazidə mülki qurumlar icazəsiz təmizlik işləri apara bilməz” – Yasamal RİH-dən açıqlama

Sosial şəbəkədə Şəfayət Mehdiyev küçəsindəki "Salyan kazarması" kimi tanınan əraziyə aid görüntü paylaşılıb. Bildirilib ki, həmin əraziyə maşınlarla müxtəlif tullantılar daşınır və antisanitar şəraitin yaranıb. Ərazi təmizlənib, ancaq yenidən zibillikdir.

  • "Salyan kazarması" kimi tanınan ərazinin təmizlik işləri hansı vaxt periodunda aparılır?
  • İcra hakimiyyəti ərazi ilə bağlı görülən işlərə hansısa formada nəzarət edirmi?
  • Ərazinin istismarı və ya istifadəsi üzrə hansısa plan, proqram, layihə mövcuddurmu?

Yaranan suallara cavab tapmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: "Qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, qeyd olunan ərazi hərbi təyinatlı mülkiyyətdir və orada mülki qurumların icazəsiz təmizlik işləri aparması qeyri-mümkündür. Bunun üçün mülkiyyət sahibi müvafiq tədbirlər görməlidir. Nəzərə almağınız xahiş olunur".

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »