Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yemək və çörək bişirmək üçün dəmirdən hazırlanan sac odun qoxusunu yeməyə hopduraraq dad verir - Video
Yemək və çörək bişirmək üçün dəmirdən hazırlanan sac odun qoxusunu yeməyə hopduraraq dad verir - Video

Daha çox Azərbaycanda məhşur olan sac yemək və çörək bişirmək üçün dəmirdən hazırlanmış bir alətdir. Əslində sac Azərbaycan mətbəxinin ən qədim alətlərindən biridir. Sacın qədim tarixi var. Belə ki, qədim dövrlərdə insanlar köç edən zaman özləri ilə sac götürərlərmiş ki, od qalayıb, yemək, çörək bişirə bilsinlər. Mis ustasının döyə-döyə formaya saldığı bu nazik, yastı dəmir parçası sadəcə bişirmə vasitəsi deyil, eyni zamanda odun qoxusunu yeməyə hopduran, xüsusi bir dad verən vasitə idi.

Sac bir çox ölkələrin mətbəxində var. Məsələn; Türkiyədə sacda bişirilən “sac tava”, “sac qovurma” kimi yeməklər geniş yayılıb. Anadolu qadınları nazik lavaş və gözləmələri, məhz sacın üstündə bişirirlər. İranda mətbəxində də sacın xüsusi yeri var. İranda saca "saj" deyirlər. Kababın bəzi növləri, məhz sac üzərində bişirilir. Eyni zamanda İran qadınları da sacda çörək bişirirlər. Sacın Gürcüstan mətbəxində də yeri var. Xüsusilə, dağ bölgələrində ətlə hazırlanan yeməklər sacda qovrulur.

Qırğızlar və qazaxlar sacı “tabak” və ya “tova” adlandırırlar. At əti və qoyun əti yeməklərini sacda qızdırmaq və qovurmaq qədim üsuldur. İraq, Suriya və Livanın bəzi bölgələrində “saj bread” — sac üzərində bişən böyük, nazik çörək geniş yayılıb. Yəni hansı ölkəyə getsən də, ad dəyişsə də mahiyyəti eyni qalır. Çünki sacda bişirilən yemək və çörəyin xüsusi dadı ləzzəti olur ki, heç bir xalq bu ləzzətdən imtina edə bilməz.

Azərbaycan mətbəxində sac qovurma, sacda toyuq, sac çörəyi və s. yeməklər sacda bişirilir. Bəzi restoranlarda sac təklif olunsa da, təssüf ki, o dadı vermir…

Bəs siz sacda yemək bişirməyi və ya sacda bişirilən yeməkləri sevirsinizmi?

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »