Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada “insan yuma kapsulu” adlı yeni cihaz satışa çıxarılıb
Yaponiyada “insan yuma kapsulu” adlı yeni cihaz satışa çıxarılıb

Tokioda keçirilən  Dünya sərgisinin qonaqlarını heyrətləndirən “insan yuma maşını” artıq Yaponiyada satışa çıxarılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi 28 noyabr, cümə günü məlumat verib.

İstifadəçilər kapsulun içinə uzanır, qapağı bağlayır və xüsusi proqramla — sanki paltaryuyan maşında olduğu kimi, lakin sıxma funksiyası olmadan — musiqi müşayiəti ilə yuyulurlar.

“Gələcəyin insan yuma sistemi” adlandırılan bu cihazın prototipi altı ay davam edən və oktyabrda başa çatan "Osaka Expo" sərgisində böyük maraq doğurmuş, uzun növbələr yaratmışdı. Sərgi ümumilikdə 27 milyondan çox ziyarətçi qəbul edib.

"Science" adlı yapon şirkəti tərəfindən hazırlanmış bu qurğu, Osakada son dəfə keçirilən sərgidə nümayiş etdirilən əvvəlki modelin təkmilləşdirilmiş versiyasıdır.

"Science" şirkətinin nümayəndəsi Satiko Maekura AFP-yə açıqlamasında bildirib ki, bu ideya şirkətin prezidentinə hələ 10 yaşında olarkən ilham verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »