Cənubi Koreya hakimiyyəti ölkənin ən böyük kriptovalyuta birjası olan "Upbit"in sındırılmasında, Koreya Xalq Demokratik Resbublikası (KXDR) hökuməti ilə əlaqələrdə şübhəli bilinən "Lazarus" haker qrupunun rol oynadığından ehtimal edir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi dövlət və biznes dairələrindəki mənbələrə istinadla məlumat yayıb.
Bir gün əvvəl "Upbit" birjasını idarə edən "Dunamu" şirkəti sistemin sındırıldığını və 44,5 milyard von (30,6 milyon dollar) dəyərində kriptovalyutanın oğurlandığını açıqlayıb. Vərdiş olunmamış kriptocüzdanlara köçürülən aktivlərə görə müştərilərə kompensasiyanın ödənəcəyi bildirilib.
“Chosun Ilbo” qəzeti xatırladır ki, "Upbit" məhz 6 il əvvəl — 27 noyabr 2019-cu ildə də sındırılmışdı. O zaman 58 milyard von (39 milyon dollar) dəyərində virtual aktivlər ələ keçirilmiş və hücumda yenə "Lazarus" qrupundan şübhələnilmişdi. Agetlik yazır ki, hazırkı hücumda da oxşar metoddan istifadə edilib.
Bundan başqa, 27 noyabr "Dunamu" şirkətinin Naver texnoloji konqlomeratına məxsus "Naver Financial" tərəfindən satın alınmasına həsr olunmuş mərasimin keçirildiyi gün idi. Kibertəhlükəsizlik mütəxəssislərindən biri agentliyə açıqlamasında: “Hakerlər nümayişkaranə davranışa meyllidirlər. Ola bilər ki, tarix təsadüfən seçilməyib və şirkətlərin birləşmə gününün hədəf alınması ilə xüsusi mesaj vermək istəyiblər”, - deyə bildirib.
Cənubi Koreya hakimiyyəti hücumun arxasında "Lazarus" qrupunun dayandığı ehtimalı ilə araşdırma aparmağı planlaşdırır. Digər bir təhlükəsizlik üzrə ekspert deyib ki, qrupun taktikası oğurlanmış kriptovalyutanı müxtəlif birjalardakı cüzdanlara köçürərək "pulun izini itirmək"dir. Onun sözlərinə görə, bu üsul köçürmələri demək olar ki, izlənməyi mümkünsüz edir.
Qadir, Bizimyol.info






