Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: Tramp Ukrayna sazişi barədə nikbindir
Ağ Ev: Tramp Ukrayna sazişi barədə nikbindir

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün tezliklə razılaşma əldə olunacağına ümid edir və bu barədə nikbindir.

Bizimyol.info xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt bunu "Fox News"a verdiyi müsahibədə bildirib.

Livitt prezidentin milli təhlükəsizlik qrupu ilə Ukrayna nümayəndə heyəti arasında, xüsusən də Dövlət Katibi Marko Rubio ilə Xüsusi Elçi Stiv Vitkoff arasında Cenevrədə keçirilən görüşdə "çox məhsuldar danışıqlar" aparıldığını bildirib.

O, 28 maddəlik sülh planını "hərtərəfli şəkildə işləyə" bildiklərini və indi "yalnız bir neçə fikir ayrılığı nöqtəsi" olduğunu söyləyib. "Prezident razılaşma əldə etmək ehtimalına ümid edir və nikbindir", - deyə Livitt qeyd edib.

"Prezident Tramp bu müharibənin maliyyələşdirilməsini dayandırdı, lakin ABŞ NATO-ya çoxlu miqdarda silah satmağa davam edir. Biz bunu əbədi olaraq edə bilmərik. Prezident bu müharibənin bitməsini istəyir", - deyə mətbuat katibi əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »