Britaniya "DragonFire" adlı yeni lazerlə idarə olunan enerji silahını inkişaf etdirir.
Bizimyol.info xəbər verir ki, bu sistem, ölkənin Müdafiə Nazirliyi üçün "MBDA UK", "QineticQ" və "Leonardo UK" şirkətləri tərəfindən birgə yaradılıb. "DragonFire" lazerli enerji silahı, hava hücumlarına qarşı mübarizədə, xüsusən də pilotsuz uçuş aparatları (dronlar) və müxtəlif raket təhdidlərinə qarşı effektiv müdafiə təmin etməyi hədəfləyir.
İlk başda bu layihə, yalnız adi hava hücumlarına qarşı qorunma vasitəsi kimi nəzərdə tutulmuşdu. Lakin son zamanlar, Rusiyanın Avropaya qarşı hərbi təhdidi artdıqca, bu silahın rolu daha da böyüdü. Həmçinin, Böyük Britaniya və Avropa ölkələri, öz silah istehsallarını artırmaq və yeni texnologiyalara sahib olmaq istəyirlər.
Xüsusilə, Ukraynadakı müharibədə dronların və raketlərin geniş istifadə olunması, "DragonFire" sisteminin əhəmiyyətini daha da artırdı. Bu lazer silahı, düşmənin dronlarını havada partladaraq və ya yandıraraq, onları məhv etməyə imkan verəcək. Həmçinin, bu sistem, minaatan mərmiləri və raketlər kimi digər hava hədəflərini də təsirli şəkildə hədəf alacaq.
"DragonFire" layihəsi, Britaniya və Avropanın müasir müharibə şəraitində öz müdafiə qabiliyyətlərini gücləndirmə istiqamətində atdığı mühüm addımlardan biridir. Bu texnologiya, müasir döyüş meydanlarında, xüsusən də yüksək sürətli və səmərəli müdafiə təmin edən yeni enerji silahlarının istifadəsini önə çıxarır.
Qadir, Bizimyol.info






