6 noyabr tarixində “Zirvədə Mükəmməllik!” şüarı altında Comelson Business Forum 2025 tədbiri keçirilib.
Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycanın ən dinamik biznes tədbirlərindən biri – Comelson Business Forum 2025 bu il “Zirvədə Mükəmməllik!” şüarı altında baş tutub.
Forumun moderatoru Sakit Səmədov spiker Elvin Qurbanova “dövlət tenderləri şəffafdırmı?”,-deyə sual ünvanlayıb. Elvin Qurbanov cavabında bildirib ki, bu sualı verilirsə, deməli, hələ də şübhələr var. “Dövlət tenderlərinin şəffaf olması üçün ciddi işlər görülür. Əgər şəffaf olmayan halla qarşılaşsanız, bunu bizə bildirməyinizi xahiş edirik”.
Leyla Mirzə, Bizimyol.info






