Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Verilən məlumata görə, yerli vaxtla saat 11.20-də qeydə alınan zəlzələ 3,1 bal gücündə olub.
Zəlzələ ocağının dərinliyi 6 kilometr olub.






