ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) "Amerikanın suverenliyinə yaratdığı təhdidini" aradan qaldırmaq məqsədilə ona qarşı genişmiqyaslı kampaniyaya başlayır.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
"Kampaniya BCM-ni sistemli şəkildə fəaliyyət göstərmək, ABŞ hərbçilərini və vəzifəli şəxslərini hədəf almaq və ya Amerika suverenliyini başqa yolla təhdid etmək imkanından məhrum etməyə yönəlmiş, bütün hökumət çərçivəsində cavab tədbirlərini ehtiva edəcək", – Departamentdə bildirilib.
BCM-yə qarşı tədbirlər sırasına məhkəmə əməkdaşlarının Amerika vizalarının ləğvi, onların ABŞ-yə girişinin qadağan edilməsi, həmçinin BCM və onunla əlaqəli təşkilatlara qarşı sanksiyaların genişləndirilməsi daxildir. Bundan əlavə, Vaşinqton digər ölkələri də BCM ilə əməkdaşlıq etməməyə inandırmağa çalışacaq.
ABŞ Prezidenti Donald Tramp 6 fevral 2025-ci ildə təşkilatı Vaşinqtona və İsrail kimi müttəfiqlərinə qarşı qanunsuz hərəkətlərdə təqsirləndirərək, BCM-in vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.






