Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cərimələrin bir qismini büdcədənkənar maliyyələşmə, maaş artımı və ya mükafatlandırmaya yönəltmək yanlışdır”
“Cərimələrin bir qismini büdcədənkənar maliyyələşmə, maaş artımı və ya mükafatlandırmaya yönəltmək yanlışdır”

Keçən il (2024-cü ildə) dövlət büdcəsinə cərimə və sanksiyalardan 380,1 milyon manat daxil olub. Bunun 277,7 milyon manatı (73,1%) büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi istifadə olunaraq, onların xərclərinin maliyyələşdirilməsinə yönəldilib. Bu vəsaitlərin 81,7%-i yol hərəkəti qaydalarının pozulmasına görə, 17,7%-i vergi sanksiyalarından, 0,6%-i isə əmək, miqrasiya və gömrük sahəsində pozuntulara görə tətbiq olunan cərimələrdən formalaşıb. Əsas hissə əməkdaşların maaşlarına əlavələr üçün xərclənir.

  • Cərimə və sanksiyalardan toplanan vəsaitin əsas hissəsinin büdcədənkənar gəlir kimi istifadə olunması vətəndaşların cərimə yolu ilə maliyyə yükünün artırılması deməkdir?
  • Dövlət büdcəsində cərimələrin bu qədər olması nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, cəriməedici orqanın cərimə etməkdə maddi marağı olmamalıdır.

Natiq Cəfərli Natiq Cəfərli

“Burda iki məsələ diqqət çəkir. Bunu rəsmi qurumlar, o cümlədən hökumət üzvləri ilə tənqid edəndə ki, "qaydaları pozmayın, cərimə də ödəməyin", formal olaraq haqlıdırlar. Amma burda söhbət ondan gedir ki, cəriməedici orqanın cərimə etməkdə maddi marağı olmamalıdır. Yəni cərimələrin bir qismi büdcədənkənar maliyyələşməyə, maaş artımına, yaxud mükafatlandırmaya yönəlirsə kökündən yanlışdır. Məsələn; bu büdcənin parametrlərinə uyğun başqa yerlərə yönələ bilər. Deyilsə ki, cərimələr ancaq və ancaq sosial müdafiə xərclərinə gedəcək - evsiz uşaqlara ev tikilməsi üçün xərclənəcək, yaxud uşaq evlərinə xərclənəcək. Bu daha məntiqli olar. Amma cərimə etmək səlahiyyəti olan orqana bu cərimədən pay almaq imkanı yaradırsınızsa, onda stimul verirsiniz ki, o daha çox cərimələr tətbiq etsin”-deyə Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »