Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında 4 ay müddətinə ev dustaqlığı qətiimkan tədbiri seçilib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə təqsirli bilinir.
Bəs bu maddələrlə Ramiz Mehdiyevi hansı cəzalar gözləyir?
Bu maddələrin sanksiyası aşağıdakı kimidir:
- Maddə 278.1.: 12 – 20 il
- Maddə 274: 15 – 20 il və ya ömürlük.
- Maddə 193-1.3.: 7 – 12 il.
Toplam cəzanı məhkəmə müəyyən edəcək.
Seyid Əhmədli, Bizimyol.info






